...

Azərbaycanda 2020-ci ilədək sığortanın inkişafı konsepsiyası hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2014 13:32 (UTC +04:00)
Maliyyə Nazirliyi Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə birlikdə 2020-ci ilədək dövr üçün nəzərdə tutulan Azərbaycanda sığortanın inkişafı konsepsiyasını hazırlayır. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramov mətbuat konfransında deyib.
Azərbaycanda 2020-ci ilədək sığortanın inkişafı konsepsiyası hazırlanır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir H.Vəliyev/

Maliyyə Nazirliyi Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə birlikdə 2020-ci ilədək dövr üçün nəzərdə tutulan Azərbaycanda sığortanın inkişafı konsepsiyasını hazırlayır. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, konsepsiya respublikada sığorta bazarının inkişafının əsas istiqamətlərini əhatə edir: "Hazırda konsepsiyanın layihəsi sığorta şirkətləri ilə müzakirə olunur və yekun variant onlara tövsiyə qismində təqdim olunacaq".

ASA rəhbərinin sözlərinə görə, konsepsiya sığortaçıların bütün ehtiyaclarını öyrənməyə kömək edəcək. İstisna edilmir ki, konsepsiyanın qəbul edilməsindən sonra ölkədəki hər bir sığorta şirkəti öz inkişaf strategiyasını formalaşdıracaq.

Azərbaycanda real sığorta bazarı təxminən 10-15 il əvvəl təşəkkül tapmağa başlayıb. Hazırda göstərilən bazar hər bir şirkətin qarşıdakı 4-5 il üçün öz strategiyasının formalaşdıracaq dərəcədə formalaşmayıb. Sığorta bazarının davamlılığı qarşıdakı illər üzrə strategiyanın hazırlanması üçün ayrılmaz aspektdir.

Assosiasiya rəhbəri qeyd edib: "Buna hətta böhran dövründə də davamlılıq nümayiş etdirən Böyük Britaniyanın sığorta bazarını misal göstərmək olar. Bu ölkənin sığorta bazarının iştirakçıları qarşıdakı 3-10 il üçün inkişaf strategiyası hazırlayırlar. Bazar müştəri uğrunda mübarizə aparır və gələcək inkişaf üçün bütün lazım olan şəraiti yaradır".

O, həmçinin Azərbaycanın sığorta bazarında konsolidasiyanın mümkünlüyünü də istisna etməyib. Bayramov deyib ki, bəzi şirkətlər belə addıma artıq hazırdırlar: "İnvestora lazımi gəlir gətirməyən fəaliyyət onu fəaliyyət sahəsini dəyişmək üzərində düşünməyə məcbur edir və bu qərar artıq Azərbaycanın bir neçə sığorta şirkəti tərəfindən qəbul edilib".

O.Bayramovun sözlərinə görə, hazırda həyat sığortası bazarında nisbətən daha böyük artım müşahidə olunur. Beş ay ərzində bu sahədə artım 52 faiz təşkil edib.

Avtomobil sığortasından fərqli olaraq həyat sığortasının daha çox üstünlüyü ondadır ki, sığorta hadisəsi baş verərkən vəsait və investisiya faizi həmişə sığorta edənə ödənilir.

Bayramovun sözlərinə görə, Azərbaycanda "non life" sığortası cəmi bir faiz artımla təmin olunmuşdu ki, bu da banklar tərəfindən istehlak kreditlərinin verilməsi tələblərinin sərtləşdirilməsi ilə şərtlənirdi: "Bu gün kreditlərin o qədər də əlçatan olmaması səbəbindən adamlar köhnə avtomobillərdən istifadə etməyə məcburdurlar. Bu, ölkəyə yeni avtomobillərin gətirilməsinə təsir edir ki, bu da ilk növbədə sığortanın icbari və könüllü növlərinin azalmasına gətirib çıxarır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti