...

"Bank of Baku" əvvəlcədən ödənilmiş virtual kart təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2014 19:24 (UTC +04:00)
“Bank of Baku” internet saytlarda təhlükəsiz alış-veriş üçün yeni xidmət növünü təqdim edir – əvvəlcədən ödənilmiş virtual kart.
"Bank of Baku" əvvəlcədən ödənilmiş virtual kart təklif edir

Azərbaycan, Bakı, 23 iyun /Trend/

"Bank of Baku" internet saytlarda təhlükəsiz alış-veriş üçün yeni xidmət növünü təqdim edir - əvvəlcədən ödənilmiş virtual kart.

Əvvəlcədən ödənilmiş virtual kart - material daşıyıcısı olmayan, lakin VİSA və MasterCard ödəmə sistemlərinin keçərli olduğu internet saytlarında alış-veriş kartıdır.

Virtual kartı əldə etmək üçün banka baş çəkib debet kart almağa və heç bir sənədin doldurulmasına ehtiyac yoxdur.

Virtual kartı istənilən vaxt "Bank of Baku"nun ödəniş terminalları vasitəsilə əldə oluna bilər. Müştəri sadəcə olaraq mobil telefon nömrəsini və yerləşdirəcəyi məbləği terminalın monitoruna daxil edir.

Əvvəlcədən ödənilmiş virtual kart:

• Müddət: 3 ay

• Komissiya: 3 AZN

• Maksimal məbləğ: 150 AZN (komissiya xaric)

Əməliyyatın sonunda kart rekvizitlərinin bir hissəsi müştəriyə çekdə təqdim olunur, digər hissəsi isə müştərinin qeyd etdiyi mobil telefonuna SMS-lə daxil olur.

Virtual kartın sahibi internetdə alış-veriş edərkən aşağıdakı məlumatı daxil etməlidir:

- Çekdə əks olunmuş 16 rəqəmli kodu
- SMS-lə daxil olmuş 3 rəqəmli CVV kodu və kartın bitmə tarixi

Virtual kartla əməliyyatlar kifayət qədər rahat, təhlükəsiz və sadədir.

"Bank of Baku"nun ödəniş terminallarının ünvanları burada: http://www.bankofbaku.com/az/filials-and-atms/terminals/

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.facebook.com/bankofbaku

www.bankofbaku.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti