...

Bakıda dəniz müdafiəsi və təhlükəsizliyi üzrə TRACECA seminarı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2014 17:01 (UTC +04:00)
Seminarın mövzusu tanınmış təşkilatların fəaliyyətinə nəzarət olacaq
Bakıda dəniz müdafiəsi və təhlükəsizliyi üzrə TRACECA seminarı keçiriləcək

Azərbaycan, Bakı, 30 iyun /Trend/

İyulun 8-10-da Bakıda dəniz müdafiəsi və təhlükəsizliyi üzrə TRACECA seminarı keçiriləcək.

Seminarın əsas mövzusu Qara və Xəzər dənizlərində gəmilərdən çirklənmənin qarşısının alınması və dəniz təhlükəsizliyi sahəsində tanınmış təşkilatların fəaliyyətinin monitorinqi mövzusu olacaq.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) layihəsi çərçivəsində təşkil olunan "Dəniz müdafiəsi və təhlükəsizliyi II" seminarı monitorinqin müxtəlif üsulları və onun səmərəliyinin artirilması yollarının müzakirəsi üçün bir platforma olacaq.

Seminar "TRACECA: dəniz müdafiəsi və təhlükəsizliyi II" layihəsi üzrə tanınmış təşkilatlara səlahiyyətlərin verilməsi işində cavabdehlik daşıyan tərəfdaş ölkələrin dəniz administrasiyasının məsul işçiləri və onların sonrakı fəaliyyətinin monitorinqi üçün nəzərdə tutulub. Seminarda səlahiyyətlərin yüksək səviyyədə verilməsi və praktiki monitorinq anlayışının aspektləri ilə bağlı mövzular müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti