...

Azərbaycanın xarici ticarət profisiti 9 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2014 15:15 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-iyun aylarında xarici ticarət əməliyyatlarının ötən ilin analoji dövrü ilə müqayisədə 10,34 faiz azaldığını açıqlayıb.
Azərbaycanın xarici ticarət profisiti 9 milyard dolları ötüb

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-iyun aylarında xarici ticarət əməliyyatlarının ötən ilin analoji dövrü ilə müqayisədə 10,34 faiz azaldığını açıqlayıb. Trend-in məlumatına görə, bu barədə Komitənin hesabatında deyilir.

Bu dövr ərzində Azərbaycan 134 ölkə ilə ticarət əməliyyatı aparıb. Hesabata görə, Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmi 15,37 milyard dollar təşkil edib. Xarici ticarət əməliyyatlarında 7,12 milyard dollara yaxın müsbət saldo yaranıb.

Ötən ilin analoji dövründə xarici ticarət profisiti 6,8 milyard dollar, 2014-cü ilin may ayının yekunları üzrə isə 5,97 milyard dollar təşkil edib.

Hesabatda bildirilir ki, bu dövr ərzində ölkənin xarici ticarət əməliyyatlarında 4332 hüquqi və fiziki şəxs iştirak edib ki, onlardan 2948-i hüquqi, 1384-ü isə fiziki şəxsdir.

Yanvar-iyun aylarında 11,25 milyard dollar həcmində ixrac əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,05 faiz azdır.

İxrac əməliyyatlarında dövlət sektorunun payı 10,6 milyard dollar (94,2 faiz), özəl sektor - 547,62 milyard dollar (4,9 faiz), fiziki şəxslərin payı isə 102,96 milyon dollar (0,9 faiz) olub.

Yanvar-iyun aylarının yekunlarına görə, idxal 4,123 milyard dollar təşkil edib ki, bu da 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricidən 20,27 faiz azdır.

İdxal əməliyyatlarında dövlət sektorunun payı 1,06 milyard dollar (25,7 faiz), özəl sektor - 2,9 milyard dollar (68,86 faiz), fiziki şəxslərin payı isə 156,54 milyon dollar (3,8 faiz) olub.

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 1631 adda məhsul ixrac, 5237 adda məhsul isə idxal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti