...

Azərbaycan və İran ixrac məhsullarının siyahısını hazırlayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2014 14:34 (UTC +04:00)
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İranın İqtisadi, İnvestisiya və Texniki Təşkilatı anlaşma memorandumu imzalayıblar.
Azərbaycan və İran ixrac məhsullarının siyahısını hazırlayacaqlar

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İranın İqtisadi, İnvestisiya və Texniki Təşkilatı anlaşma memorandumu imzalayıblar.

Memorandum cümə axşamı Bakıda keçirilən Azərbaycan-İran biznes forumu çərçivəsində imzalanıb.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin biznes forumda qeyd etdiyi kimi, mövcud ticarət əlaqələri iki ölkənin potensialına cavab vermir. "Hesab edirik ki, böyük imkanlar var və bu potensialdan istifadə etmək lazımdır".

Bununla əlaqədar Azərbaycan və İran ixrac olunacaq malların siyahısını hazırlamaq və məlumat mübadiləsi etmək barədə razılığa gəliblər. Mustafayev bildirib: "Bu, hər iki ölkə üçün zəruuri olan malları qabaqcadan müəyyən etməyə imkan verir ki, bu da ixrac-idxal mallarının əhəmiyyətini artıracaq".

Onun sözlərinə görə, bunun üçün Azərbaycan Sahibkarlar Konfederasiyası ilə İranın Ticarət Palatası arasında işçi qrupunun yaradılmasına dair razılıq əldə olunub. Bu qrup lazımi məhsulların siyahısını hazırlayacaq və hər iki ölkənin hökumətlərinə təqdim edəcək, eləcə də bu sahədə mövcud problemləri aşkara çıxaracaq.

2013-cü ilin yekunları üzrə İran ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 7 faiz artıb.

Mustafayev deyib: "Ölkələrin investisiya sahəsində əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. İran və Azərbaycan bu sahədə geniş imkanlara malikdirlər və biznes forum çərçivəsində iki ölkənin investisiya imkanlarının təqdimatı keçiriləcək".

Nazir potensial əməkdaşlığa energetika, neft və qaz, turizm, rabitə və yüksək texnologiyaları, bank sektorunu aid edib. O, sadalanan sahələrdə əməkdaşlığın aktivləşidirilməsinə və qurulmasına xüsusi diqqət ayırmağa çağırıb.

Bu gün Azərbaycanda əsas kapitala İranın investisiyaları 382 milyon dollar təşkil edir, bunun 105 milyon dolları iqtisadiyyatın qeyri-neft sektoruna qoyulub. 2013-cü ildə əsas kapitala İranın investisiyalarının ümumi həcmi 158 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti