Azərbaycan, Bakı, 8 avqust /Trend/
Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin yanvar-iyul aylarında gömrük rüsumları və vergilərinin yığılması hesabına dövlət büdcəsinə 868,065 milyon manat vəsait köçürüb ki, bu da illik proqnozun təxminən 57,1 faizini təşkil edir. Bu barədə Trend cümə günü Komitənin rəsmi saytına istinadən məlumat verir.
Ötən ilin analoji dövrü ilə müqayisədə gömrük yığımlarından dövlət büdcəsinə daxilolmalar 13,6 faiz artıb.
Məlumata görə, yanvar-iyul aylarında gömrük rüsumlarından dövlət büdcəsinə daxilolmalar 234,48 milyon manat, idxal edilən malların əlavə dəyər vergisi 591,8 milyon manat, aksizlər 32,46 milyon manat, yol vergisi isə 9,32 milyon manat təşkil edib.
DGK-nın xətti ilə 2014-cü il üzrə ayırmaların proqnozu 1,52 milyard manat həcmində müəyyən edilib.