...

"Azərbaycan Dəmir Yolları" yeni tədris ili ilə əlaqədar vaqonların sayını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2014 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir Emil İsmayılov/

Yeni tədris ilinin başlaması ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC yerli istiqamətlərdə işləyən bütün qatarlara əlavə vaqonlar qoşacaq. Bu barədə Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, əlavə vaqonlar Azərbaycanda yeni tədris ilinin başlaması və yay məzuniyyəti dövrünün başa çatması ilə əlaqədar sərnişin axınının artması səbəbindən bütün daxili xətlərdə hərəkət edən qatarlara qoşulacaq: "Bu il təhsil müəssisələrində dərslər sentyabrın 15-dən başlayır və hazırda bu tarixə hazırlıq gedir".

N.Əzməmmədov qeyd edib ki, əlavə vaqonlar dərs ilinin başlamasına yaxın regionlardan Bakıya və əks istiqamətdə hərəkət edən qatarlara qoşulacaq: "Ölkə regionlarında da ali məktəblər var ki, bu da əks istiqamətdə reyslər üzrə qatarlara əlavə vaqonların qoşulmasını zəruri edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti