...

EY şirkətinin Azərbaycandakı ofisi Bakı Fond Birjası ilə əməkdaşlıq haqqında Kollektiv Sazişə qoşuldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2014 11:45 (UTC +04:00)
EY şirkətinin Azərbaycandakı ofisi və Bakı Fond Birjası Azərbaycanda qiymətli kağızlar bazarlarının inkişafına tövhə vermək və ən yaxşı beynəlxalq təcrübələrin tətbiqini genişləndirmək məqsədilə strateji kollektiv Saziş imzaladılar.
EY şirkətinin Azərbaycandakı ofisi Bakı Fond Birjası ilə əməkdaşlıq haqqında Kollektiv Sazişə qoşuldu

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

EY şirkətinin Azərbaycandakı ofisi və Bakı Fond Birjası Azərbaycanda qiymətli kağızlar bazarlarının inkişafına tövhə vermək və ən yaxşı beynəlxalq təcrübələrin tətbiqini genişləndirmək məqsədilə strateji kollektiv Saziş imzaladılar.

EY şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyev xüsusi olaraq vurğulamışdır ki: "Biz biliklərin, praktik təcrübənin və ən yaxşı standartların mübadiləsi yolu ilə qlobal qiymətli kağızlar bazarında gündəmdə olan məsələlərin Azərbaycanda təşviqi üçün Bakı Fond Birjası ilə əməkdaşlıq imkanlarının verilməsinə çox şadıq".

EY haqqında
EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.
EY bütün MDB-də müştərilərin ehtiyacalarına uyğun olaraq öz xidmət və resurslarını genişləndirir. Moskva, Sankt Peterburq, Bakı, Vladivostok, Yekaterinburq, Almatı, Astana, Kazan, Kiyev, Daşkənd, Minsk, Tbilisi və digər şəhərlərdə fəaliyyət göstərən 20 ofisdə 4,800 mütəxəssis çalışır.
EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyəti üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda
EY 20 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.
2014-cü il EY-ın Azərbaycanda fəaliyyət göstərməsinin 20-ci il dönümüdür. Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 160-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.
Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti