Azərbaycan, Bakı, 19 sentyabr /Trend/
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Şamaxıda vətəndaşları qəbul edəcək.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, DGK-nın sədri, gömrük xidməti general-leytenantı A.Əliyev sentyabrın 26-da saat 11:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küçəsi 27A) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bölgədə yerləşən rayonların - Şamaxı, Qobustan və Ağsu rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.