Azərbaycan, Bakı, 25 sentyabr /Trend/
"Siz evinizə ən yaxın olan "Unibank" filialına müraciət edə bilərsiniz". Bankdan Trend-ə verilən məlumata görə, indi "Unibank"a zəng edən müştərilərə bankın ünvanı belə izah edilir.
Filial şəbəkəsini genişləndirməklə müştərilərinə daha da yaxın olmağı əsas prioritetlərindən seçən bank istər paytaxtda, istərsə də bölgələrdə geniş xidmət şəbəkəsinə malikdir. Respublikamızın şimalından cənubuna, qərbindən şərqinə "Unibank" filialları geniş bir coğrafiyada fəaliyyət göstərir. İldən-ilə xidmət şəbəkəsini genişləndirən bankın paytaxtda 23, bölgələrdə isə 15 filialı var. Baş ofis də daxil olmaqla, bank 38 filialı ilə həftənin 6 günü səhər saat 09.00-dan axşam 17.00-dək müştərilərinə müxtəlif bank xidmətləri göstərir. Müştərilər nahar fasilələrində belə filialların xidmətindən istifadə edə bilirlər.
"Unibank" filiaları pərakəndə kreditlərlə yanaşı, kiçik və orta biznesin maliyyələşdirilməsini də həyata keçirir. Bundan başqa, filiallarda fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.
Real sektora diqqətini gündən-günə artıran "Unibank" ilk dəfə olaraq yalnız bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filial açıb. Qara Qarayev biznes filialı, kiçik və orta bizneslə məşğul olan müştərilərin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. Bankın daha 2 filialı - "Baksovet" və "Dərnəgül" filialları da xidmət təyinatını dəyişərək, bundan sonra yalnız iş adamlarına xidmət göstərəcək. Məqsəd bankın ölkənin iqtisadi inkişafına töhfəsini bir qədər də gücləndirməkdir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.