...

Mərkəzi Bankda "Bilik mübadiləsi" layihəsi çərçivəsində seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2014 15:52 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzinin Resurslar və maarifləndirmə xidməti 2011-2014-cü illər üzrə strateji plana uyğun olaraq, “Bilik mübadiləsi” layihəsi çərçivəsində müxtəlif hədəf qrupları üçün bir sıra tədbirlər həyata keçirir.
Mərkəzi Bankda "Bilik mübadiləsi" layihəsi çərçivəsində seminar keçirilib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzinin Resurslar və maarifləndirmə xidməti 2011-2014-cü illər üzrə strateji plana uyğun olaraq, "Bilik mübadiləsi" layihəsi çərçivəsində müxtəlif hədəf qrupları üçün bir sıra tədbirlər həyata keçirir.

Bankdan Trend-ə verilən məlumata görə, bu istiqamətdə sözügedən layihə çərçivəsində Mərkəzi Bankın Hüquq departamenti ilə birlikdə kommersiya banklarının əməkdaşları üçün "Bank qanunvericiliyi" mövzusunda növbəti seminar keçirilib. Seminarın keçirilməsində məqsəd bankların hüquq və korporativ idarəetmə departamentlərində çalışan əməkdaşlarının bank hesablarının açılması zamanı yarana biləcək hüquqi çətinliklər, korporativ idarəetmə standartlarındakı yeniliklər, problemli kreditlərin idarə edilməsinin hüquqi aspektləri, istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik üzrə zəruri bilik və bacarıqlarının artırılması olub.

İnteraktiv formada keçirilmiş seminar zamanı iştirakçıların təcrübədə üzləşdiyi çətinliklərə aydınlıq gətirilib, suallar cavablandırılıb və onlara mövzu üzrə lazımi rəy və tövsiyələr verilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti