...

www.icazeler.gov.az portalının xidmətlərindən 298 mindən çox istifadəçi yararlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2014 11:53 (UTC +04:00)
İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən sentyabr ayında 8000-dən çox, indiyədək isə 298 mindən artıq internet istifadəçisi yararlanmışdır.
www.icazeler.gov.az portalının xidmətlərindən 298 mindən çox istifadəçi yararlanıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən sentyabr ayında 8000-dən çox, indiyədək isə 298 mindən artıq internet istifadəçisi yararlanmışdır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sentyabr ayında portalın xidmətlərindən yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən Rusiya, ABŞ, Türkiyə, Norveç və Böyük Britaniyadan olan istifadəçilər də yararlanmışlar.

Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 18 dövlət qurumunun 140 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti