...

Valeh Ələsgərov: Azərbaycanın qızıl valyuta ehtiyatları ölkə ÜDM-nə uyğundur

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2014 13:49 (UTC +04:00)
Azərbaycanın qızıl valyuta ehtiyatları ölkənin ümumi daxili məhsuluna (ÜDM) uyğundur.
Valeh Ələsgərov: Azərbaycanın qızıl valyuta ehtiyatları ölkə ÜDM-nə uyğundur

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycanın qızıl valyuta ehtiyatları ölkənin ümumi daxili məhsuluna (ÜDM) uyğundur. Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov cümə günü Bakıda MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının deyib.

Onun sözlərinə görə, Azərbaycan hər baxımdan müstəqil dövlətdir: "Azərbaycan ərazisinə görə kiçik olsa da, böyük dövlətdir. Azərbaycanın qızıl valyuta ehtiyatları ölkə ÜDM-nə uyğundur, xarici dövlət borcu isə ÜMD-in yalnız 8 faizini təşkil edir".

Komissiya iclasının proqramı çərçivəsində elektron hökumət, elektron sənədlərin transsərhəd informasiya mübadiləsi, xüsusi rabitə göndərişləri üzrə dövlətlərarası mübadiləsi, könüllülük, turizm fəaliyyəti, vicdan azadlığı, dini inanc və dini təşkilatlar, internetin tənzimlənməsinin əsasları haqqında model qanunların müzakirəsi keçiriləcək. Həmçinin MDB dövlətlərinin mədəni irsinin qorunması haqqında konvensiya layihəsi hazırlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti