• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • İqtisadiyyat
  • Biznes və iqtisadiyyat xəbərləri

İranın Radio-Televiziya Təşkilatının sədri İqtisadiyyat və Sənaye Nazirliyində olub

14 Oktyabr 2014 13:56 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Oktyabrın 13-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqamini qəbul etmişdir.

Nazirlikdən Trend-ə bu gün verilən məlumata görə, nazir Şahin Mustafayev ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin dərin tarixi köklərə əsaslandığını, əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulamışdır.

Qeyd edilmişdir ki, Azərbaycanda qonşu İranla əlaqələrin genişlənməsinə xüsusi önəm verilir. Təsadüfi deyildir ki, bu ilin 9 ayında dövlət başçıları Davos, Tehran və Həştərxanda olmaqla 3 dəfə görüşmüş, əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etmişlər. Bu görüşlərdə aparılan danışıqlar, müxtəlif sahələrdə imzalanmış sənədlər Azərbaycan-İran əlaqələrinin inkişafına mühüm töhfəsini verir. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. Bunun nəticəsidir ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq genişlənir, iş adamları arasında əlaqələr inkişaf edir.

Şahin Mustafayev ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafında Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini qeyd etmiş, bu ilin avqust ayında komissiyanın Bakıda keçirilmiş 9-cu iclası çərçivəsində bir sıra sahələrdə əməkdaşlığın inkişafına dair razılıq əldə edildiyini diqqətə çatdırmışdır. Bank, ticarət, gömrük, kənd təsərrüfatı, turizm, rabitə və İKT və s. sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayan Şahin Mustafayev Dövlət Komissiyasının həmsədri kimi radio-televiziya sahəsində də əlaqələrin genişləndirilməsinə hər cür dəstək göstəriləcəyini bildirmişdir.

İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami səmimi qəbula görə təşəkkür etmiş, ölkəsində televiziya və radio yayımının təşkili və inkişafı üçün görülən işlər barədə məlumat vermişdir. İzzətullah Zərqami bu sahədə Azərbaycanın peykindən istifadə edilməsi niyyətini bildirmiş, İranın rəqəmsal ötürücü stansiyalar istehsal etdiyini vurğulayaraq, bu ötürücülərdən Azərbaycanda da istifadə edilməsi təklifinin aidiyyəti qurumlara təqdim edildiyini diqqətə çatdırmışdır.

Görüşdə xalqlarımızın ənənələrinin, malik olduqları dəyərlərin qorunması və təbliğində televiziya və radionun əhəmiyyəti qeyd edilmiş, bu sahədə əməkdaşlığın faydalı olacağı vurğulanmışdır.
Görüşdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin iştirak etmişdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • İzzətullah Zərqami
  • Şahin Mustafayev
Azernews Newspaper
Digər xəbərlər
Azərbaycan-Rusiya sərhədində aksiz gömrük postu yaradılacaq
İqtisadiyyat 23 Aprel 14:17
Azərbaycan-BP əlaqələrinin inkişafına dair müzakirələr aparılıb
İqtisadiyyat 9 Aprel 11:37
Azərbaycanın Dubayda Ticarət Evinin yaradılması istiqamətində işlərə başlanılıb
İqtisadiyyat 5 Aprel 16:00
Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes-forumu keçiriləcək
İqtisadiyyat 31 Mart 16:19
Şahin Mustafayev Misirin Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb
İqtisadiyyat 31 Mart 12:38
Azərbaycan-Rumıniya iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə olunub
İqtisadiyyat 16 Mart 22:39
Nazirin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
İqtisadiyyat 15 Mart 19:25
Azərbaycanla İran arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
İqtisadiyyat 15 Mart 12:27
İran Prezidentinin Azərbaycana nəzərdə tutulan səfəri müzakirə edilib
Siyasət 14 Mart 18:46
Şahin Mustafayev İranın sənaye, mədən və ticarət naziri ilə görüşüb
İqtisadiyyat 14 Mart 18:34
İranlı nazir Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə çağırıb
Biznes və iqtisadiyyat xəbərləri 14 Mart 15:55
İranda "Şimal-Cənub" layihəsi çərçivəsində terminal kompleksi açılacaq
Biznes və iqtisadiyyat xəbərləri 13 Mart 19:38
Azərbaycan, İran və Rusiya birgə enerji dəhlizi yaradır
Gündəm 13 Mart 16:12
İran Azərbaycanda xəstəxanalardan birini idarə edəcək
Cəmiyyət 13 Mart 15:47
Həsən Ruhaninin martın sonunda Azərbaycana gözlənilən səfəri çərçivəsində avtomobil istehsalı zavodunun açılışı olacaq
İqtisadiyyat 13 Mart 15:08
Azərbaycan nümayəndə heyəti İranın neft naziri ilə görüşüb
İqtisadiyyat 13 Mart 14:22
Şahin Mustafayev: İran Azərbaycana 3,1 mlrd. dolları investisiya yatırıb
İqtisadiyyat 13 Mart 12:25
Şahin Mustafayev İrana gedir
İqtisadiyyat 9 Mart 17:37
Ən çox oxunanlar
Ramiz Mehdiyev: İndiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid edirəm (FOTO)
Ramiz Mehdiyev: İndiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid edirəm (FOTO)
"AGF Junior Trophy"də gürzlərlə və lentlə hərəkətlərdə mükafatlandırma mərasimi keçirilib (FOTO)
Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı, Urmiya gölündən danışdı (YENİLƏNİB)
Azərbaycanda iri qızıl filizi yatağının işlənməsi üzrə planlar açıqlanıb (ÖZƏL) (FOTO)
Nəzər nöqtəsi
Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu
Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter