...

Fresco supermarketlər şəbəkəsi şəhər sakinlərini sevindirməkdə davam edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2014 10:34 (UTC +04:00)
Azərbaycan ticarət bazarında 2010-cu ildən fəaliyyət göstərən gerçək avantaja malik olan genişliyi ve rahatlığı ilə seçilən Fresco mağazalar şəbəkəsi fəaliyyətini genişləndirməkdə davam edir.
Fresco supermarketlər şəbəkəsi şəhər sakinlərini sevindirməkdə davam edir (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycan ticarət bazarında 2010-cu ildən fəaliyyət göstərən gerçək avantaja malik olan genişliyi ve rahatlığı ilə seçilən Fresco mağazalar şəbəkəsi fəaliyyətini genişləndirməkdə davam edir. Yeni supermarket Səməd Vurğun 34 küçəsi, "AF mall" biznes mərkəzinin birinci mərtəbəsində yerləşir.

Keyfiyyət və çeşid:

"Fresco"-nun əsas xüsusiyyətlərindən biri təzə malların geniş çeşiddə təqdim olunmasıdır. Yeni supermarket həm bazarı, həm də baqqal dükanını əvəz edəcək. Burada həm gözəl meyvə-tərəvəz, təzə kəsilmiş ət, akvariumdan çıxarılmış təzə balıq, həmdə hazır salatlar və xəmirdən bişirilmiş məmulatlar da almaq olar.

Təzəliyin və yeniliyin təmsilçisi olan fresco supermarket meyvə-tərəvəzin yeni olması ilə alıcılarını məmnun etməkdədir. Mağazanın əməkdaşları malların keyfiyyətinə xüsusi nəzarət edərək alıcılara yalnız təzə məhsulların satılmasını təmin edirlər. Bundan əlavə hər mövzuda iddealı olan market ət mövzusunda da gigiyena və təmizliyi ön plana çıxarır, eləcə də balıq məhsullarının da təzəliyinə tam nəzarət edilir. Ət məhsulları isə hər gün yeni kəsilmiş heyvanlardan olur, bu da keyfiyyətin üst səviyyədə olmasına imkan verir.
Supermarketin piştaxtalarında həm xarici, həm də yerli istehsalçılara aid məhsullar satışa çıxarılır. Beləki magazada hazır salatlar, təzə bişirilmiş un məmulatları, delikateslər, elit şərablar, habelə ev və məişət üçün zəruri əşyalar və.s tapmaq olar. Beləliklə, siz burada nəinki ənənəvi məhsulların, həm də xarici ölkələrin brend məhsullarını əldə edə bilərsiniz. Bütün mallar xüsusi seçim və hazırlıq prosesi keçdiyi üçün, "Fresco" ən tələbkar alıcıların da tələbini ödəyəcək.

Dizayn və xidmət

Market müasir dizaynı ile seçilməkdədir. Supermarketin sahəsi ən yeni, Avropa standartlarına uyğun texnologiyalardan istifadə etməyə imkan verir. Onlar müasir keyfiyyət standartlarına uyğundur, bir çox xüsusiyyətlərinə görə isə onları hətta qabaqlayır. Düzgün bölüşdürülmüş şöbələr müştərilərə lazım olan malı tez bir vaxtda rahatlıqla tapmasına imkan yaradır. Yüksək keyfiyyət,genis işıqlı sahə, müasir texnologiya, gülərüz və xüsusi treninqlər keçmiş professional personal alıcıların Fresco supermarketlər şəbəkəsinə rəğbətini artırır. Bir sözlə sizin üçün alış-veriş etmək artıq bir həzzə çevriləcək.
Rəqabət qabiliyyəti yüksək olan marketlərimizdə alıcıların daha səviyyəli, daha rahat, daha sürətli, daha uyğun şəraitdə alış-veriş etmələrinə calışırıq. Müştərilərimizi məmnun etmək, onlar üçün güvənli, müasir və rahat şərait yaratmaq əsas missiyamızdır.

Kampaniyalar:

Onu da vurğulamaq istərdik ki, dükanın ilk açılış günü xüsusi endirimlər və kampaniyalar olacaq. Bu səbəbdən fürsəti əldən verməyin!
Bundan əlavə Fresco-nun xüsusi bonus kartı da hər gün alıcıları sevindirərək bonuslar qazanmağa imkan verəcək.
"Fresco" - Azərbaycan bazarında tələbkar istehlakçı üçün əlçatan və keyfiyyətli brend kimi mövqe tutmuş supermarketlər şəbəkəsidir. fresco supermarketlər "Azeri Retail" ticarət şəbəkəsinin tərkibinə daxildir. Bu şəbəkə Azərbaycan bazarında 2010-cu ildən fəaliyyət göstərir. Fresco supermarketlər üçün əsas dəyərlər: təravətlik, yenilik, keyfiyyət, mehribanlıq və sərfəli qiymətdir..

Məqalədə:
Xəbər lenti

Xəbər lenti