...

AtaBank-ın İdarə Heyətinin yeni sədri təyin olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2014 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

"AtaBank" ASC-nin İdarə Heyətinin yeni sədri təyin olunub.

Bankdan Trend-ə verilən məlumata görə, "AtaBank" ASC-nin Səhmdarların Ümumi Yığıncağının yekdil qərarı ilə İdarə Heyətinin sədri "AtaBank" ASC-nin Müşahidə Şurasına təyin olunub. Müşahidə Şurasının qərarı ilə isə "AtaBank" ASC-nin İdarə Heyətinin sədr əvəzi vəzifəsinə Etibar Babaşlı təyin olunub.

2005-ci ilin aprel ayından bu günə kimi "AtaBank" ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edən E.Babaşlı Ankara Universitetinin Siyasal bilgilər fakültəsinin yetirməsidir. 2002-ci ildə Azərbaycan Dövlət iqtisad Universitetinin Biznesin təşkili və idarə edilməsi istiqamətində müvəffəqiyyətlə magistratura pilləsini bitirib. 2000-2005-ci illərdə "Koçbank Azərbaycan Ltd" QTSB-də müştəri təmsilçisi, Kredit və marketinq departamentinin rəhbəri, sonra isə Daxili audit departamentinin direktoru vəzifələrində çalışıb.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olaraq fəaliyyətini davam etdirməkdədir. Bank korporativ və fərdi müştərilərə tam spektr maliyyə xidmətləri təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti