...

Unibank-dan rabitəçilər üçün sürprizlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2014 17:20 (UTC +04:00)
Dekabrın 6-dan 13-dək bank filiallarına müraciət edən rabitəçiləri sürprizlər gözləyir.
Unibank-dan rabitəçilər üçün sürprizlər

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Qədimdə insanlar hansısa xəbəri bir-birinə tonqal qalamaqla, təbil çalmaqla çatdırardılar. İndi dünyanın bir nöqtəsindən digərinə informasiyanı saniyədən tez ötürmək mümkündür, həm də günün istənilən saatında. Günün 24 saatı, həftənin 7 günü, ilin 365 gününü xəbərimizi ötürmək, dostlarımızla rahat danışmaq üçün xidmət göstərən insanlar var: onlar rabitə və informasiya texnologiyaları sahəsinin işçiləridir.

6 dekabr rabitə və informasiya texnologiyaları sahəsində çalışanların peşə bayramıdır. Peşə bayramları münasibətilə "Unibank"ın rabitəçilərə xüsusi hədiyyəsi var. Dekabrın 6-dan 13-dək bank filiallarına müraciət edən rabitəçiləri sürprizlər gözləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti