...

Azərbaycanın iri bankı bonus kartı buraxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2014 15:39 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (AMB) tədavül müddəti 6 il olan "Elkart" təmassız taksit kartını təqdim edib.
Azərbaycanın iri bankı bonus kartı buraxıb

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Beynəlxalq Bankı (AMB) tədavül müddəti 6 il olan "Elkart" təmassız taksit kartını təqdim edib.

Trend-in məlumatına görə, ABB-nin baş direktoru Elmir Həbibullayev yeni məhsulun təqdimat mərasimində deyib ki, bankın müştəriləri üçün kartın minimum limiti 500 manat, maksimum isə 5000 manatdır. Digərləri isə anderraytinq prosesindən sonra kartı əldə edə bilərlər.

Onun sözlərinə əsasən, kart müştərilərə pulsuz verilir, komissiya yalnız alış-veriş zamanı alınır: "Elkart"ın köməyi ilə 25 manatadək təmassız əməliyyatlar keçirmək olar, əgər alışın dəyəri bu məbləği üstələyirsə, identifikasiya kodunu daxil etmək lazımdır".

"Elkart" sahibləri əldə edilmiş malların dəyərini hissə-hissə ödəyə, eləcə də müəyyən günlərdə kartdakı vəsaiti yeniləyə biləcəklər.

Bankın baş direktoru bildirib ki, kartı xaricdə də istifadə etmək olar: "Lakin bu halda malların hissə-hissə ödənilməsi mümkün deyil və müştəriyə güzəştlər təqdim edilmir".

E.Həbibullayev əlavə edib ki, gələcəkdə "Elkart+" və "Elkart Premium" kartlarının buraxılışına başlamaq planlaşdırılır. Layihə çərçivəsində bu gündən etibarən www.elcard.az saytı da işə salınıb.

"Elkart" taksit kartı "MasterCard" və "Visa Classic" tipli kart bazasında hazırlanıb, "Visa Pay Wave" və "Mastercard Paypass" xidmətləri ilə təchiz olunub. Bu təmassız kart bankın tərəfdaş şəbəkəsində POS-terminalları tərəfindən tətbiq edilir. ABB "Elkart" layihəsi çərçivəsində müxtəlif sahələrdə xidmətlər göstərən təqribən min ticarət müəssisəsi ilə əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti