Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanda "Simurq" adı almış ilk dron təqdim olunub. Qurğu Bakıda I Respublika Əqli Mülkiyyət və İnnovasiyalar Sərgisində nümayiş etdirilib.
Mühəndis-konstruktor Rizvan Qasımov Trend-ə deyib ki, qurğu müxtəlif sahələrdə - ərazinin xəritəsinin tərtib edilməsi üçün, fövqəladə hallar zamanı və kənd təsərrüfatında tətbiq edilə bilər.
Onun sözlərinə görə, "Simurq" dronu effektiv kameraya və sabitləşdirici sistemə malikdir: "Qurğunun müşahidə radiusu 10 kilometrə çatır: "Simurq" muxtar rejimdə 17 dəqiqədən 30 dəqiqəyədək işləyə bilər".
R.Qasımov qeyd edib ki, Azərbaycanın bəzi strukturları bu uçan aparatdan istifadə etməyə maraq göstərirlər. Hazırda qurğunun xarici analoqları Fövqəladə Hallar Nazirliyinin xidmətindədir.