...

"PAŞA Bank" Adam Smith bank forumunun sponsoru oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2015 15:05 (UTC +04:00)
Bu gün Bakıda Adam Smith Conferences tərəfindən təşkil olunan Azərbaycan bank və maliyyə forumuna start verildi. Tədbirin sponsoru ölkənin ən iri banklarından biri – PAŞA Bankdır.
"PAŞA Bank" Adam Smith bank forumunun sponsoru oldu

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Bu gün Bakıda Adam Smith Conferences tərəfindən təşkil olunan Azərbaycan bank və maliyyə forumuna start verildi. Tədbirin sponsoru ölkənin ən iri banklarından biri - PAŞA Bankdır.

Bankdan Trend-ə daxil olan məlumata görə, forumun işində müxtəlif dövlət və özəl strukturlarının 100-dən çox nümayəndəsi iştirak edir ki, onların sıralarında Beynəlxalq Maliyyə Korporasiyası, Ümumdünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Azərbaycan Mərkəzi Bankı, PAŞA Bank və maliyyə sektorunu təmsil edən digər təşkilatlar yer almışdır. Tədbirin ekspert və iştirakçıları Azərbaycanın beynəlxalq maliyyə bazarlarında roluna, investisiya-bank fəaliyyətinə, xarici və Azərbaycanın maliyyə institutları arasında münasibətlərə, pərakəndə bank məhsullarının inkişafına, korporativ maliyyə alətlərinə və s. məsələlərə aid mövzuları müzakirə edəcəklər.

PAŞA Bankın İdarə Heyətinin Üzvü, Baş investisiya İnzibatçısı Taleh Kazımovun sözlərinə görə, bu cür tədbirlərin keçirilməsi fikir mübadiləsi və bizneslə dövlət strukturlarının nümayəndələri, o cümlədən, yerli və xarici ekspertlər arasında peşəkar dialoqun qurulması baxımından zəruridir. T. Kazımov fikrini tamamlayaraq bildirmişdir ki, "Biz bu forumun mütəxəssislər arasında bank sektorunun, aktivlərin idarə olunmasının, kapital bazarlarının və digər istiqamətlərin gələcək inkişafına dair fikir mübadiləsi üçün əlverişli platformaya çevriləcəyinə əminliklə inanırıq".

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 10 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013, 2014 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti