...

"Bank Asya"nın sabiq səhmdarları banka yenidən nəzarət etmək istəyirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2015 15:48 (UTC +04:00)
"Bank Asya"nın sabiq təsisçiləri bankın dövlətin nəzarətindən çıxarılması məsələsi ilə bağlı məhkəməyə müraciət etməyi planlaşdırırlar.
"Bank Asya"nın sabiq səhmdarları banka yenidən nəzarət etmək istəyirlər

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

"Bank Asya"nın sabiq təsisçiləri bankın dövlətin nəzarətindən çıxarılması məsələsi ilə bağlı məhkəməyə müraciət etməyi planlaşdırırlar. Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə "Bank Asya"nın İdarə heyətinin sabiq üzvü Əhməd Bəyaz bəyan edib.

Onun sözlərinə görə, Türkiyənin Bank Nəzarəti Orqanı fəaliyyətindəki nöqsanları aradan qaldırmaq üçün banka kifayət qədər vaxt verməyib.

Qeyd edək ki, ötən gün "Bank Asya" Türkiyənin Əmanətlərin Sığortalanması Dövlət Fondunun tam nəzarəti altına keçib.

Bankın likvidliklə bağlı problemləri olsa da, bu onun müştərilər qarşısındakı öhdəliklərini yerinə yetirməyə təsir etmir və zərurət yaranarsa, onların əmanətləri Fond vasitəsilə qaytarılacaq.

Həmçinin bankın 10 nəfərdən ibarət İdarə heyətinin tərkibində də dəyişiklik baş verib.

"Bank Asya" Türkiyənin ABŞ-dan ekstradisiyasına nail olmağa çalışdığı Fətullah Gülənin hərəkatı ilə sıx əlaqələrə malik banklardan biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti