...

Azərbaycan və Qazaxıstan gömrük xidmətləri tədbirlər planı imzaladılar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2015 18:00 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Qaza­xıs­tan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Ko­mitəsinin sədri Daulet Yerqojinin rəh­bər­lik etdiyi nümayəndə heyətilə Dövlət Gömrük Komitəsində (DGK) görüş keçirilib.
Azərbaycan və Qazaxıstan gömrük xidmətləri tədbirlər planı imzaladılar (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Azərbaycanda səfərdə olan Qaza­xıs­tan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Ko­mitəsinin sədri Daulet Yerqojinin rəh­bər­lik etdiyi nümayəndə heyətilə Dövlət Gömrük Komitəsində (DGK) görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, göm­rük xidməti general-leytenantı Aydın Əli­yev Qazaxıstan və Azərbay­ca­nın qardaş və tərəfdaş ölkələr kimi sürətli inkişaf yolu ilə irəli­lədiklərini vurğulayıb, siyasi-iqtisadi və mədə­ni sahələrdə əlaqələrdən söhbət açıb. DGK sədri ölkələ­ri­miz arasında bütün sahələrdə oldu­ğu kimi, göm­rük sferasında da qarşı­lıq­lı əmək­daşlığın yüksək səviyyə­də olduğunu bildirib və qazaxıstanlı həmkarının Azərbaycana səfərinin ikitərəfli münasibətlərin davamlı inkişafına xidmət edəcəyinə əminliyini ifa­də edib.

Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Ko­mitəsinin sədri D.Yerqojiniki qardaş ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqə­lərinin yüksək səviyyədə olduğunu və bu əlaqələrin daha da genişlən­məsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb. Qonaq qeyd edib ki, Azərbaycan və Qazaxıstan gömrük xidmətləri ara­sın­da əməkdaşlıq yüksək səviyyədədir və yaxın perspek­tivdə qarşılıqlı əməkdaşlığın daha da genişləndiriləcəyinə ümid vardır.

Sonra qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda isə Azərbaycan Dövlət Gömrük Komitəsi və Qaza­xıs­tan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Ko­mitəsi arasında 2015-2016-cı illər üçün ikitərəfli qarşılıqlı fəaliyyət planı imzalanıb.

Sənədi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri A.Əli­yev və Qaza­xıs­tan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Ko­mitəsinin sədri D.Yerqojin imzalayıblar.

Görüş başa çatdıqdan sonra Qazaxıstan nümayəndə heyəti Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti