...

AtaSığorta-dan bir ayda 726 hadisə üzrə 175 min manat sığorta ödənişi

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2015 15:58 (UTC +04:00)
“AtaSığorta” ASC 2015-ci ilin yanvar ayında 174 879 manat sığorta ödənişi həyata keçirib
AtaSığorta-dan bir ayda 726 hadisə üzrə 175 min manat sığorta ödənişi

Azərbaycan, Bakı, 12 fevral /Trend/

"AtaSığorta" ASC 2015-ci ilin yanvar ayında 726 hadisə üzrə 174 879 manat sığorta ödənişi həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu məbləğ, əsasən, KASKO sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və tibbi sığorta üzrə ödənilib. Bununla da "AtaSığorta" ASC fiziki və korporativ müştəriləri üçün etibarlı sığorta tərəfdaşı olduğunu bir daha nümayiş etdirib.

Son zamanlarda müştəri məmnuniyyətinə diqqətini daha da artıran "AtaSığorta" ASC ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir. Şirkət tərəfindən görülən bu işlər nəticəsində müştərilərin yüksəksəviyyəli sığorta xidmətləri ilə təmin olunması və məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulub.

"AtaHolding" şirkətlər qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 14,6 milyon manat nizamnamə kapitalına malik olmaqla, 26 sığorta növü - 22 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 18 filial, nümayəndəlik və ofislər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti