...

Astarada sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2015 19:15 (UTC +04:00)
Fevralın 12-də Astara rayonunda Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilmişdir.
Astarada sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Fevralın 12-də Astara rayonunda Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ekoloji təmiz kənd təsərrüfatı və logistika mövzularında təşkil edilmiş treninqdə iştirakçılara ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu sahədə beynəlxalq təcrübə, istehsal müəssisələrinin təşkili, logistika, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması və s. barədə məlumat verilmişdir.

Tədbirdə, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə məlumat iştirakçıların diqqətinə çatdırılmış, onların biznesin səmərəli təşkili və inkişafında əhəmiyyəti vurğulanmışdır.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti