...

Əhməd Davudoğlu: İstanbuldakı yeni hava limanı dünyada ən iri aeroportlardan biri olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2015 11:19 (UTC +04:00)
İstanbulda inşa edilən sayca üçüncü hava limanı dünyada ən iri aeroportlardan biri olacaq.
Əhməd Davudoğlu: İstanbuldakı yeni hava limanı dünyada ən iri aeroportlardan biri olacaq

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbulda inşa edilən sayca üçüncü hava limanı dünyada ən iri aeroportlardan biri olacaq. Trend cümə günü Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, bu barədə Baş nazir Əhməd Davudoğlu bildirib.

Onun sözlərinə görə, aeroportu yerli şirkətin inşa etməsi Türkiyənin tikinti sahəsində inkişaf səviyyəsini əyani şəkildə nümayiş etdirir.

Baş nazir qeyd edib ki, İstanbuldakı yeni aeroport dünyanın 150-dən artıq aviaşirkətindən təyyarə qəbul edə biləcək.

İstanbulda üçüncü hava limanının açılış mərasimi 29 oktyabr 2017-ci ilə təyin edilib. Hazırda onun tikintisində 30 min insan iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti