...

Unibank-dan əsl xanım hədiyyəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2015 11:17 (UTC +04:00)
Qadın –gözəllik, zəriflik rəmzidir. Qadınlara istədikləri hədiyyəni etmək üçün isə hədiyyə seçimini məhz xanımların özlərinə həvalə etmək ən doğru qərardır.
Unibank-dan əsl xanım hədiyyəsi

Azərbaycan, Bakı, 6 mart /Trend/

Qadın -gözəllik, zəriflik rəmzidir. Qadınlara istədikləri hədiyyəni etmək üçün isə hədiyyə seçimini məhz xanımların özlərinə həvalə etmək ən doğru qərardır. Elə bu səbəbdən, Unibank qadınların bayramını möhtəşəm və unudulmaz etmək məqsədilə 8 marta 8 taksit kampaniyasına başlayır.

Bankdan Trend-ə daxil olan məlumata görə, martın 7, 8 və 9-u ALBALI PLUS (ALBALI) kartı ilə alış-veriş əsl bayram əhvalı yaradacaq. Kampaniyanın davam etdiyi 3 gün ərzində ALBALI PLUS (ALBALI) kart sahibləri 3 və 6 taksitli alış-verişlərə Unibank-dan əlavə 2 taksit hədiyyə qazanacaqlar. Üstəlik, 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə 1000-dən artıq partnyor mağazada müxtəlif endirim və hədiyyələr ALBALI PLUS (ALBALI) kart sahiblərini gözləyir.

Unibank müştərilərinin ehtiyac və arzularını bir məhsulda - ALBALI PLUS kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS beynəlxaq kart olmaqla yanaşı, dörd bank məhsulunu özündə birləşdirir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

ALBALI PLUS - arzuları reallaşdıran kart.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti