...

Azərbaycanın xarici ticarət profisiti il ərzində azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2015 11:32 (UTC +04:00)
2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 18,65 faiz azalıb.
Azərbaycanın xarici ticarət profisiti il ərzində azalıb

Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir Azad Həsənli/

2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 18,65 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.

Bu dövr ərzində Azərbaycan 112 ölkə ilə ticarət əməliyyatı aparıb. Hesabata görə, ilk iki ay ərzində Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmi 4,04 milyard dollar təşkil edib.

Xarici ticarət əməliyyatlarında 627,4 milyon dollardan çox müsbət saldo yaranıb. 2014-cü ilk iki ayında xarici ticarət əməliyyatlarının profisiti 2,6 milyard dollar olub.

Hesabatda bildirilir ki, bu dövr ərzində ölkənin xarici ticarət əməliyyatlarında 2 590 hüquqi və fiziki şəxs iştirak edib ki, onlardan 1 784-ü hüquqi, 806-sı isə fiziki şəxsdir.

Yanvar-fevral aylarında 2,33 milyard dollar həcmində ixrac əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 38,2 faiz azdır.

İxrac əməliyyatlarında dövlət sektorunun payı 2,03 milyard dollar, özəl sektor - 288,2 milyon dollar, fiziki şəxslərin payı isə 12,78 milyon dollar olub.

2015-cü ilin ilk iki ayının nəticəsi üzrə idxal 1,7 milyard dolları ötüb ki, bu da 2014-cü eyni dövründə qeydə alınan göstəricidən 43,45 faiz azdır.

İdxal əməliyyatlarında dövlət sektorunun payı 456,24 milyon dollar, özəl sektor - 1,2 milyard dollar, fiziki şəxslərin payı isə 63,14 milyon dollar olub.

2015-cü ilin yanvar-fevral aylarında Azərbaycandan 724 adda məhsul ixrac edilib, 4 094 adda məhsul isə ölkəyə idxal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti