...

Xalq Bank manatla ipoteka kreditlərinin verilməsini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2015 16:37 (UTC +04:00)
ASC “Xalq” Bankı öz daxili vəsaitləri hesabına ipoteka kreditlərinin manatla verilməsini davam etdirir.
Xalq Bank manatla ipoteka kreditlərinin verilməsini davam etdirir

Azərbaycan, Bakı, 2 aprel /Trend/

ASC "Xalq" Bankı öz daxili vəsaitləri hesabına ipoteka kreditlərinin manatla verilməsini davam etdirir.

Bankdan Trend-ə verilən məlumata görə, bankın daxili ipoteka proqramı üzrə təklif etdiyi ipoteka krediti şərtləri və məbləğinə görə bazarda ən cəlbedici məhsuldur. 25 ilədək müddətə verilən ipoteka kreditinin illik faiz dərəcəsi 10%-dən başlayır. Maksimal məbləği 500 000 manat olan krediti hətta Azərbaycan Respublikasının qeyri-rezidenti olan şəxslər ala bilər.

Xatırladaq ki, ASC "Xalq" Bankı əhaliyə verdiyi ipoteka kreditlərinin sayına görə ölkədə liderdir. Bu günə olan məlumata görə, Xalq Bank əhaliyə 121,647 milyon manat həcmində 2824 ipoteka krediti verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti