...

Azərbaycan xarici investorlarla danışıqları gücləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2015 16:22 (UTC +04:00)
Bu ilin aprel-may aylarında Bakıda Səudiyyə Ərəbistanı, Belçika, Vyetnam, Rusiya və Niderlandın iş adamlarının iştirakı ilə biznes-forumlar keçiriləcək.
Azərbaycan xarici investorlarla danışıqları gücləndirir

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir Azad Həsənli/

Bu ilin aprel-may aylarında Bakıda Səudiyyə Ərəbistanı, Belçika, Vyetnam, Rusiya və Niderlandın iş adamlarının iştirakı ilə biznes-forumlar keçiriləcək.

Bunu Trend-ə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov bildirib.

O, qeyd edib ki, azərbaycanlı iş adamlarının iştirakı ilə ən yaxın günlərdə keçiriləcək tədbir aprelin 23-də Niderlandda olacaq: "Bundan sonra biz Bakıya Belçikadan nümayəndə heyətinin gələcəyini gözləyirik. May ayında isə Səudiyyə Ərəbistanı, Vyetnam, Rusiya və Niderlandan nümayəndələrin iştirakı ilə Bakıda biznes-forumlar keçiriləcək".

Fond rəhbəri yaxın günlərdə azərbaycanlı iş adamlarının Macarıstanda keçirilən biznes-foruma da qatılacağını deyib.

R.Məmmədov vurğulayıb ki, Fond yeni perspektivlərə malik bazarlarda iştirakını genişlənmək imkanlarını nəzərdən keçirir: "AZPROMO artıq müxtəlif ölkələrdə, o cümlədən Gürcüstan, Almaniya, Rumıniya, Böyük Britaniya, ABŞ, BƏƏ, Avstriyada kifayət qədər yaxşı nümayəndəliklər şəbəkəsinə malikdir. Hazırda yeni perspektivli bazarlarda iştirakımızı genişləndirmək imkanlarını nəzərdən keçiririk, lakin hələ konkret bazarlardan danışmaq çətindir. Çünki biz əvvəlcə prioritetləri müəyyənləşdirməli, bu bazarların perspektivlərini öyrənməli və yalnız bundan sonra qərar qəbul etməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti