...

Azərbaycanda AVSMMİS üzrə ödənişlər azalıb (CƏDVƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2015 06:34 (UTC +04:00)
Ötən ilin eyni dövrü ilə müqayisədə ödənişlərin həcmi 10 faiz, tələblərin sayı 8,27 faiz azalıb.
Azərbaycanda AVSMMİS üzrə ödənişlər azalıb (CƏDVƏL)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir Azad Həsənli/

2015-ci ilin aprel ayı ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 899 sığorta tələbi üzrə 2 401 715 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Bu barədə Trend İSB-yə istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə ödənişlərin həcmi 10 faiz, tələblərin sayı isə 8,27 faiz azalıb.

Ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olub:

Nəqliyyat vasitəsinə dəyən zərər üzrə

Əmlaka dəyən zərər üzrə

Sağlamlığa dəyən zərər üzrə

Şəxsin ölümü üzrə

Cəmi

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

1748

2 043 656

57

87 059

53

66 000

41

205000

1,899

2 401 715

Aprel ayında İSB tərəfindən 3 kompensasiya tələbi üzrə 10 750 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti