Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Ənvər Məmmədov/
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) mandatını icra etmək üçün zəruri kapitalı var və onu artırmağa hazırlaşmır. Trend-in məlumatına görə, bunu AYİB-in prezidenti Suma Çakrabarti bankın Tbilisidə keçirilən Müdirlər Şurasının 24-cü illik toplantısında deyib.
Onun sözlərinə görə, bank özü üçün 3 əsas strateji prioriteti müəyyənləşdirib: keçid prosesinin sabitliyinin möhkəmləndirilməsi, inteqrasiyaya yardım, ölkələr qarşısındakı qlobal və regional problemlərin həlli.
S.Çakrabarti qeyd edib ki, bank ötən il ümumilikdə 8,9 milyard avro həcmində investisiya yatırıb ki, bu da 2013-cü ilin göstəricisindən 5 faiz çoxdur.
İclasda Azərbaycanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.