...

"Mərcan" toyuq məhsulları "WorldFood 2015" sərgisində (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2015 17:30 (UTC +04:00)
Mayın 21-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Qida Sənayesi Sərgisi fəaliyyətə başlayıb.
"Mərcan" toyuq məhsulları "WorldFood 2015" sərgisində (FOTO)

Mayın 21-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Qida Sənayesi Sərgisi fəaliyyətə başlayıb. Azərbaycan, həm də dünya ərzaq bazarının aparıcı qida məhsulları istehsalçıları, distribüterləri və təchizatçılarının iştirak etdiyi sərgidə 200-dən çox şirkət təmsil olunub.

Sözügedən sərgidə "Garant Holding" MMC "Ucar Aqro" MMC-nin məhsulları ilə təmsil olunub.

Ucar Aqro-nun təqdim etdiyi 1314 nömrəli stenddə "Mərcan" adı altında toyuq və toyuq əti məhsulları sərgilənib. Soyudulmuş və dondurulmuş toyuq əti məhsulları ilə yanaşı, stenddə sərgilənən canlı toyuq və cücələr sərgi ziyarətçilərinin diqqətini cəlb edib.

MƏRCAN brendi toyuq əti və toyuq əti məhsulları bazarına 2014-cü ilin Mart ayında daxil olmuşdur. MƏRCAN toyuq əti və toyuq əti məhsullarının istehsalı Azərbaycanın Ucar rayonunda həyata keçirilir. "UCAR AQRO" quş əti emalı müəssisəsində "HALAL" kəsilərək donmuş, soyudulmuş və ədviyyatlı toyuq əti məhsulları istehsal edilir.

Müəssisənin 6000 baş/saatda yüksək keyfiyyəttli, HALAL (əl ilə kəsilir), yeni növ qablaşdırma, yüksək gigiyena şəraitində (hava ilə soyutma) istehsal etdiyi toyuq əti və toyuq əti məhsullarının yüksək keyfiyyəti beynalxalq İSO 22000 sertifikatı ilə təsdiqlənmişdir.

"Mərcan" brendinə qədər ölkəmizdə toyuq ətinin soyudulması köhnə üsulla həyata keçirilirdi. "Mərcan" toyuqları hava ilə soyudularaq hər bir toyuq ayrı ayrılıqda, bir birinə toxunmadan, beləliklə yüksək gigiyenik şəkildə soyudulur və toyuğun tərkibində olan faydalı təbii şirələr qorunur. Toyuq ətinin istehsal prosesində istifadə olunan xüsusi növ qablaşdırma zərərli bakteriyaların sayını və inkişafını minimum səviyyəyə salaraq, ətin TƏZƏ-liyini, toyuq ətində olan vitaminləri və mineralları bütün saxlama müddətində tam qoruyur.

Daha ətraflı məlumatı Garant Holding-in saytından, eləcə də facebook səhifəsindən əldə edə bilərsiniz.

http:// www.garant.az

https://www.facebook.com/GarantHolding

Məqalədə:
Xəbər lenti

Xəbər lenti