...

1 iyunda McDonald’s-dan uşaqlara dəstək (FOTO,VIDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2015 12:24 (UTC +04:00)
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə McDonald’s Azərbaycan şirkəti xeyriyyə tədbiri keçirmişdir.
1 iyunda McDonald’s-dan uşaqlara dəstək  (FOTO,VIDEO)

Azərbaycan, Bakı, 1 iyun /Trend/

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə McDonald's Azərbaycan şirkəti xeyriyyə tədbiri keçirib. Xeyriyyə tədbiri bu il Uşaqların Sağlam Gələcəyi ictimai birliyinin uşaqlarına dəstək layihəsi şəklində keçirilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, uşaqlara dəstək üçün bu dəfə İlk Avropa Oyunlarının xoşməramlı səfirləri Tahir İmanov, Cabir İmanov və Murad Dadaşov, karate üzrə Dünya Çempionu, Yığma Komandamızın baş məşqçisi Rəhman Hətəmov və Olimpiya Çempionu Elnur Məmmədli iştirak edib.

McDonald's restoranlarının müştəriləri tərəfindən yığılmış 10 940 AZN dəyərində ianələrə əlil arabaları, uşaqlar üçün inkişaf etdirici kostyumlar, xüsusi oturacaqlar və elektron əşyalar alınaraq, Uşaqların Sağlam Gələcəyi ictimai birliyinə hədiyyə edilib.

"Uşaqlar bizim gələcəyimizdir. Onların sağlam boyüdüb, cəmiyyətin fəal üzvü etmək bizim borcumuzdur. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar, daha geniş qayğıya və dəstəyə ehtiyacları vardır. Bu xeyriyyə tədbirin təşkil edən McDonald's Azərbaycan şirkətinə, İlk Avropa Oyunlarının xoşməramlı səfirlərinə, idmançılarımıza Uşaqların Sağlam Gələcəyi ictimai birliyi tərəfindən, bütün uşaqlar və öz adımdan minnətdarlığımı bildirirəm" - Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin Direktoru Arzu Rüstəmova qeyd edib.

McDonald's şirkətinin fəlsəfəsi çərçivəsində dünya üzrə ən ilkin məqsədlərindən biri kimi uşaqlara dəstək amilini vurğulamaq olar. "Kiçik uşaqların böyük problemləri olmamalıdır!" - McDonald's-ın şuarıdır.

Artlq bir neçə il ərzində daima uşaqlara dəstək olan McDonald's Azərbaycan şirkəti, öz növbəsində, bu xeyriyyə tədbirinə köməklik göstərən bütün müştərilərinə, eləcə də, İlk Avropa Oyunlarının xoşməramlı səfirləri Tahir İmanov, Cabir İmanov və Murad Dadaşova; karate üzrə Dünya Çempionu, Yığma Komandamızın baş məşqçisi Rəhman Hətəmova və Olimpiya Çempionu Elnur Məmmədliyə öz dərin minnətdarlığını bildirir.

Ehtiyacı olan uşaqların dəstəyinə həsr olunmuş video çarxın çəkilişlərində həmin ictimai birliyinin kollektivi də iştirak etmişdir. Bu video çarxı diqqətinizə təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti