...

AccessBank mikro və istehlak kreditləri üzrə faiz dərəcələrini endirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2015 11:53 (UTC +04:00)
AccessBank mikro və istehlak kreditləri üzrə faiz dərəcələrini endirir.
AccessBank mikro və istehlak kreditləri üzrə faiz dərəcələrini endirir

Azərbaycan, Bakı, 13 iyul /Trend/

AccessBank mikro və istehlak kreditləri üzrə faiz dərəcələrini endirir.
Bankdan Trend-ə verilən məlumata görə, iyulun 14-dən etibarən Bank mikro və istehlak kreditləri üzrə faiz dərəcələrini orta hesabla 5% endirir.

AccessBank maliyyə xidmətlərinə asan çıxış, münasib faiz dərəcələri və məsuliyyətli kreditləşmə istiqamətində fəaliyyəti çərçivəsində bank xidmətlərinin ucuzlaşdırılması məqsədilə 01.07.2015-ci il tarixindən etibarən özünün istehlak kreditləri üzrə tutulan komissiya haqqlarını endirərək kredit məbləğinin 1%-i səviyyəsində müəyyən edib.

Görülən tədbirlərin davamı olaraq bank xidməti müştərilərinin xüsusilə, mikro və kiçik sahibkarların kredit resurslarına çıxışının asanlaşdırılması, əhalinin kredit borc yükünün azaldılması və kredit siyasətimizdə ölkənin hazırki iqtisadi inkişaf prioritetlərinin və hədəflərinin, eləcə də, Azərbaycan Respublikası Mərkəzi Bankının tövsiyələrinin nəzərə alınması məqsədi ilə AccessBank 14.07.2015-ci il tarixindən etibarən götürüləcək mikro və istehlak kreditləri üzrə faiz dərəcələrinin orta hesabla 5% endirilməsini qərara almaqla, hazırda endirilən komissiya haqlarını da nəzərə alaraq, faktiki illik faiz dərəcələrinin (FİFD) əhəmiyyətli şəkildə azalmasına nail olacaq.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filiallar şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır.

FitchRatings agentliyi AccessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BBB- dərəcəsi ilə qiymətləndirib.

Daha ətraflı məlumat almaq üçün Nigar Məmmədova ilə əlaqə saxlaya bilərsiniz: (99412) 490 80 10 və ya [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti