Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İlkin İzzət/
Bu gün Türkiyənin Mülki Aviasiya Baş İdarəsində Azərbaycanın Beynəlxalq Mülki Aviasiya Təşkilatı daxilində əməkdaşlıq və təmsilinə dair Anlaşma Memorandumu imzalanıb.
Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, memorandum Azərbaycanın türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov tərəfindən imzalanıb.
İmzalanan sənəddə Azərbaycanın Dövlət Mülki Aviasiya Administrasiyası, Türkiyənin Mülki Aviasiya Baş İdarəsi, Gürcüstan Mülki Aviasiya Agentliyi və Ukrayna Dövlət Aviasiya Administrasiyası arasında əməkdaşlığın təmin olunması nəzərdə tutulur.