Azərbaycan, Bakı, 15 iyul /Trend/
İyulun 14-ü ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişməyib. Dollar məzənnəsində qalıb, avro isə ucuzlaşıb.
Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, iyulun 15-ə olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0492 (iyulun 14-ü 1.0492) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə ucuzlaşaraq 1.1546 (iyulun 14-ü 1.1550) manat olub.