...

Azərbaycanın sığorta bazarı ikiqat artımı qoruyub saxlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2015 10:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Azad Həsənli/

2015-ci ilin I yarısında Azərbaycanda fəaliyyət göstərən 27 sığorta şirkətinin xətti ilə 242,4 mln. manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin analoji göstəricisi ilə müqayisədə 14,3 faiz çoxdur.

Trend-in məlumatına əsasən, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov mətbuat konfransı zamanı çıxışında bildirib.

O bildirib ki, özəl sektor, icbari sığorta və həyat sığortasının aktivləşməsi bazarın artımında əhəmiyyətli rol oynayıb.

O.Bayramov həmçinin qeyd edib ki, Azərbaycanda sığorta biznesi tədricən investisiya biznesinə çevrilir ki, bu da Qərb təcrübəsinə uyğundur: "Bazarın hərəkətverici qüvvəsi kimi həyat sığortası çıxış edir".

Yarım il ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər 92,1 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 40,8 faiz çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 38 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-iyun aylarında 30,9 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti