...

Azərbaycanda kənd təsərrüfatının siyahıya alınmasının I mərhələsi başa çatır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2015 14:18 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması yekunlaşma mərhələsindədir.
Azərbaycanda kənd təsərrüfatının siyahıya alınmasının I mərhələsi başa çatır

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması yekunlaşma mərhələsindədir. Trend-in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədrinin müavini Həmid Bağırov deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatının siyahıya alınması 3 mərhələdə həyata keçiriləcək: "İyunun 1-dən iyulun 1-dək davam etmiş birinci mərhələdə təsərrüfat və kənd təsərrüfatı müəssisələrinin qeydiyyatı aparılıb".

H.Bağırov vurğulayıb ki, siyahıya alınmanın ümumi nəticələri ilin sonunda məlum olacaq.

Qeyd edək ki, kənd təsərrüfatının siyahıya alınması 1,3 milyondan çox müxtəlif təşkilati-hüquqi formalı təsərrüfatı əhatə edəcək.

Kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq işlərinin aparılması, onun keçirilməsi, materialların işlənib yekunlaşdırılması və nəticələrinin nəşri Dövlət Statistika Komitəsinə və yerli statistika orqanlarına həvalə edilib.

Ölkə üzrə kənd təsərrüfatının siyahıya alınmasına 1209 təlimatçı-nəzarətçi, 11 751 sayıcı olmaqla cəmi 12 960 müvəqqəti işçi, yerli statistika orqanlarında siyahıyaalma materiallarının işlənməsinə isə 389 operator cəlb edilib.

Siyahıyaalmanın həm müəssisə, həm də əhali kateqoriyası üçün nəzərdə tutulmuş 1 və 2 nömrəli sorğu vərəqələri əsasında aparılması nəzərdə tutulur. Sorğu vərəqələri hazırlanarkən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və MDB Statistika Komitəsinin tövsiyələri, bir sıra dünya ölkələrinin bu sahədəki əməli təcrübələri və yerli xüsusiyyətlər nəzərə alınıb.

Hər bir təsərrüfat üzrə fərdi məlumatlar məxfi saxlanmaqla yalnız toplu, ümumiləşdirilmiş statistik məqsədlər üçün istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti