...

Lizinqlə suvarma sistemləri alınarkən güzəştlər tətbiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2015 13:29 (UTC +04:00)
Azərbaycanda “Aqrolizinq” ASC lizinq yolu ilə satılan suvarma sistemləri və avadanlıqlarının əldə olunması zamanı 40 faizlik endirim təqdim edəcək.
Lizinqlə suvarma sistemləri alınarkən güzəştlər tətbiq ediləcək

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda "Aqrolizinq" ASC lizinq yolu ilə satılan suvarma sistemləri və avadanlıqlarının əldə olunması zamanı 40 faizlik endirim təqdim edəcək.

Trend-in məlumatına əsasən, bu, Nazirlər Kabinetinin müvafiq qərarına edilən dəyişiklikdə nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, fiziki və hüquqi şəxslər ASC-dən lizinq yolu ilə satılan suvarma sistemi və avadanlıqları aldıqları zaman 20 faizlik avans etdikdə 40 faizlik endirim qazanacaqlar.

Endirimin təqdim edilməsi barədə qərarı xüsusi komissiya qəbul edəcək. 40 faizlik endirim dövlət büdcəsinin vəsaiti hesabına təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti