...

Azərbaycan Avropa gömrükçülərini hazırlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2015 15:58 (UTC +04:00)
Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (INCU) Azərbaycanda gömrük təhsilinin keyfiyyətinin yaxşılaşdırılması üçün Azərbaycanla əməkdaşlığa hazırdır.
Azərbaycan Avropa gömrükçülərini hazırlayacaq

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (INCU) Azərbaycanda gömrük təhsilinin keyfiyyətinin yaxşılaşdırılması üçün Azərbaycanla əməkdaşlığa hazırdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə INCU-nun qurucusu və prezidenti Devid Vidouson təşkilatın Bakıda Avropa regional ofisinin açılış mərasimində deyib.

O, qeyd edib ki, INCU Avropa üzrə regional ofisinin yerinin seçilməsi prosesində dünyanın bir çox gömrük təşkilatları ilə danışıqlar apardıq: "Azərbaycan Dövlət Gömrük Komitəsi əməkdaşlarının peşəkarlığı məsələlərinə böyük diqqət yetirdiyinə görə bura regional ofisin açılması üçün ideal yerdir. Azərbaycan, həmçinin təhsilə, o cümlədən gömrük sahəsində təhsilə böyük diqqət ayırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti