...

Şərqi Azərbaycan və Naxçıvan birgə ixraca başlayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2015 18:03 (UTC +04:00)
İranın Şərqi Azərbaycan əyalətinin başçısı İsmayıl Cabbarzadənin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana səfəri çərçivəsində Naxçıvanda olub və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.
Şərqi Azərbaycan və Naxçıvan birgə ixraca başlayacaqlar

Azərbaycan, Bakı, 19 oktyabr /Trend müxbir Təmkin Cəfərov/

İranın Şərqi Azərbaycan əyalətinin başçısı İsmayıl Cabbarzadənin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana səfəri çərçivəsində Naxçıvanda olub və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Bunu Trend-ə İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Mənsur Ayrom deyib.

M.Ayrom bildirib ki, bu görüş ikitərəfli məsələlərin və Ali Məclis sədrinin cari ilin iyun ayında Təbrizə səfəri zamanı aparılmış danışıqların nəticəsinin müzakirəsi və fikir mübadiləsi üçün nəzərdə tutulub: "Görüşdə ikitərəfli əlaqələrin inkişafı, Araz Azad Ticarət Zonasında istehsal olunan məhsulların müştərək ixracı, iqtisadi-ticarət əlaqələrinin inkişafı, Təbriz və Naxçıvanda qarşılıqlı sərgilərin təşkili və bir sıra digər məsələlər haqqında müzakirələr aparılıb, razılıqlar əldə olunub".

Baş konsul deyib ki, görüşdə V.Talıbov və İ.Cabbarzadə İranın Şərqi Azərbaycan əyaləti və Naxçıvan arasında yükdaşıma həcminin artırılmasında maraqlı olduqlarını vurğulayıblar.

O, əlavə edib ki, İranın Şərqi Azərbaycan əyalətinin başçısı İ.Cabbarzadə bu gün, həmçinin Naxçıvan MR Dövlət Universiteti, "Duzdağ" Hotel Fizioterapiya Mərkəzi və Naxçıvan MR Biznes Mərkəzinə baxış keçirib.

Bundan başqa, Təbriz və Naxçıvan universitetləri müştərək elmi jurnallar nəşr etdirməyi razılaşdırıblar".

Qeyd edək ki, İ.Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri üç gün davam edəcək. Əyalət başçısı Naxçıvandan Bakıya, daha sonra Gəncəyə səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti