...

"TuranBank"ın 2015-ci ilin maliyyə yekunlarının auditini aparacaq şirkət məlum olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2015 20:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

"TuranBank"ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinin aparılması üçün bankın kənar auditorun seçilməsi siyasətinə müvafiq olaraq keçirilmiş açıq tenderin qalibi "Deloitte & Touche" audit şirkət elan olunub.

Bankdan Trend-ə verilən məlumata görə, "TuranBank" 2002-ci ildən etibarən Mərkəzi Bankın tələbi və bankın daxili qaydalarına müvafiq olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin aparılması məqsədilə beynəlxalq nüfuza malik "Deloitte & Touche", "PricewaterhouseCoopers" və KPMG şirkətləri ilə əməkdaşlıq edir.

Bank Korporativ İdarəetmə standartlarının tələblərinə müvafiq olaraq seçilmiş bir kənar audit şirkəti ilə ardıcıl olaraq maksimum 3 il əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti