Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Azad Həsənli/
Dekabrın 7-9-da Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı-Azərbaycan biznes-forumu keçiriləcək.
Trend-in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi məlumata görə, forumda iştirak etmək üçün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə iş adamlarından ibarət nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri planlaşdırılır.
Biznes-forumda hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur.