...

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri ilə təcrübə mübadiləsini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2015 10:07 (UTC +04:00)
Azərbaycan Dövlət Dəniz Administrasiyası Beynəlxalq Dəniz Təşkilatının (IMO) Londonda keçirilən 29-cu sessiyasında iştirak edir.
Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri ilə  təcrübə mübadiləsini müzakirə edəcək

Bakı. Trend:

Azərbaycan Dövlət Dəniz Administrasiyası Beynəlxalq Dəniz Təşkilatının (IMO) Londonda keçirilən 29-cu sessiyasında iştirak edir.

Administrasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliyi olan, 1995-ci ildən Azərbaycan Respublikasının üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında 23 noyabr-02 dekabr tarixlərində keçirilən Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 29-cu sessiyasında Azərbaycanı təmsil edir.

Sessiyada Beynəlxalq Konvensiyaların statusu və təşkilata üzvlük barədə hesabatın və Təşkilatın komitələri tərəfindən təqdim edilən hesabatların dinlənilməsi və həmçinin Beynəlxalq Dəniz Təşkitalına yeni baş katibin seçilməsi, Şuranın üzvlərinin seçilməsi və digər məsələlərlə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.

Sessiya müddətində həmçinin Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, Sessiyaya qatılmış bir sıra üzv dövlətlərin rəhbərləri ilə ikitərəfli görüşləri və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti