...

Azərbaycan investisiyaların cəlb edilməsinin təşviqinə yanaşmanı dəyişir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2016 14:39 (UTC +04:00)
Azərbaycan yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqinə yanaşmanı dəyişir.
Azərbaycan investisiyaların cəlb edilməsinin təşviqinə yanaşmanı dəyişir

Bakı. Trend:

Azərbaycan yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqinə yanaşmanı dəyişir.

Trend-in məlumatına görə, iqtisadiyat naziri Şahin Mustafayev Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında bildirib ki, bu günədək investisiyaların təşviqi çərçivəsində güzəştlər fərdi qaydada və müstəsna hallarda tətbiq edilirdi.

Nazirin sözlərinə görə, Milli Məclisə təqdim edilmiş layihə 3 əsas meyara - investisiyaların həcmi, fəaliyyətin istiqaməti və bölgələrin inkişafı - cavab verən investisiya layihələri üzrə güzəştlərin tətbiqini nəzərdə tutur: "İlk növbədə güzəştlər hüquqi şəxslərin və fərdi sahibkarların ölkəyə gətirdiyi texnoloji avadanlıq və qurğuların idxalına şamil ediləcək. Yeddi il ərzində onların idxalı gömrük rüsumlarından və ƏDV-dən azad ediləcək. Sahibkarlar da əmlak vergisini və torpaq vergisini sənədin alınmasından etibarən 7 il müddətinə ödəməkdən azad ediləcək".

O əlavə edib ki, bununla yanaşı, "Gömrük Məcəlləsi"nə dəyişiklik də nəzərdə tutulur: "İnvestisiyaların təşviqi çərçivəsində idxal edilən avadanlığa və sahibkarlıq subyekti qismində sənaye parklarında təqdim edilən rezidentlərin avadanlıqlarına görə gömrük rüsumunun ödənilməsinin azad edilməsi nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti