Bakı. Trend:
Azərbaycana idxal olunan bütün ərzaq məhsulları qanunvericiliklə müəyyən edilən sertifikatlar və müvafiq mal müşayiət sənədləri ilə təmin olunur.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu qəbildən olan malları gömrük sərhədindən keçirilmək istəyən fiziki və hüquqi şəxslər Kənd Təsərrüfatı Nazirliyinin idxal karantin icazə məktubunu, Səhiyyə Nazirliyinin gigiyenik sertifikatını gömrük orqanına təqdim edir, daha sonra gömrük-sərhəd buraxılış məntəqəsində bitki karantin xidməti şöbəsinin əməkdaşları mallara vizual baxış keçirir.
Gigiyenik sertifikat idxal olunması nəzərdə tutulan məhsullar laborator müayinədən keçirildikdən sonra verilir. Əks halda sənədləri qanunvericiliyin tələblərinə cavab verməyən istənilən mal ölkə ərazisinə buraxılmır.