Bakı. Trend:
2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 22 746 ədəd minik avtomobili, 803 ədəd avtobus, 1871 ədəd yük avtomobili idxal olunub. Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İdxal olunmuş məhsulların ümumi dəyərinin 25,8 faizini maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, 17,4 faizini qara metallar və onlardan hazırlanan məmulatlar, 13,7 faizini nəqliyyat vasitələri və onların hissələri, 10,7 faizini ərzaq məhsulları, 3,4 faizini tütün və tütün məmulatları, 3,0 faizini əczaçılıq məhsulları, 2,6 faizini oduncaq və ondan hazırlanan məmulatlar, 2,3 faizini plastik kütlə və ondan hazırlanan məmulatlar, 1,5 faizini neft məhsulları, 1,1 faizini mebel və onun hissələri, 0,3 faizini sement və sement klinkerləri, 18,2 faizini isə digər məhsullar təşkil edib.