Bakı. Ənvər Məmmədov - Trend:
İslam İnkişaf Bankı (İİB) Azərbaycana kredit verilməsi imkanına baxmağa hazırdır. Bunu Trend-ə İİB-in Bakı nümayəndəliyindən deyiblər.
Nümayəndəlikdən qeyd ediblər ki, İİB-in kreditinin cəlb edilməsi üzrə Azərbaycan hökumətindən hələ heç bir sorğu gəlməyib: "Lakin hesab edirik ki, Azərbaycana xarici investisiyaların həcmini artırmağa çağıran Prezident İlham Əliyevin çıxışından sonra hökumət sorğu ilə bizə müraciət edəcək".
Nümayəndəlikdən bildiriblər ki, İİB bank üçün ənənəvi olan sahələrin maliyyələşdirilməsi məqsədilə kreditlər ayırmağa hazırdır: "Bunlar infrastruktur, kənd təsərrüfatı və sosial layihələr ola bilər".