...

Birləşən bankların əmanətçiləri sığorta olunmuş əmanətlərinə görə narahat olmamalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2016 16:04 (UTC +04:00)
Konsolidasiya olunan bankların əmanətçilərinin sığorta olunmuş əmanətləri üzrə narahatlığı olmamalıdır.
Birləşən bankların əmanətçiləri sığorta olunmuş əmanətlərinə görə narahat olmamalıdır

Bakı. Ənvər Məmmədov - Trend:

Konsolidasiya olunan bankların əmanətçilərinin sığorta olunmuş əmanətləri üzrə narahatlığı olmamalıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müştərinin birləşən bankın hər ikisində əmanəti varsa və hər iki əmanət sığortalanıbsa, birləşmə prosesindən sonra da onlara müqavilənin müddəti başa çatanadək ADIF tərəfindən zəmanət veriləcək: "Hərçənd daha əvvəl əmanətçi məbləği 30 min manatı ötməməli olan depoziti yalnız bir bankda sığortalaya bilərdi, lakin yeni "Əmanətlərin tam sığortalanması haqqında" qanuna əsasən belə limit yoxdur və əmanət maksimum faiz dərəcəsini (12 faiz) ötməmək şərtilə tam sığortalanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti