Bakı. Trend:
"Bank of Azerbaijan" ASC-nin lisenziyasının ləğv olunması ilə əlaqadər, bu bankın əmanətçilərinə qorunan əmanətlərin ödənilməsi üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən seçim aparılıb və "Muğanbank" ASC Fond tərəfindən "Bank of Azerbaijan"ın əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün agent bank seçilib.
"Muğanbank"dan Trend-ə verilən məlumata görə, müvafiq qərar ADIF və "Muğanbank" ASC arasında imzalanmış 22.01.2016-cı il tarixli daxili muqavilə ilə rəsmiləşdirilib. Kompensasiya ödənişləri "Muğanbank"ın Bakı şəhəri üzrə 4 filialında, Abşeron rayonunda yerləşən 1 filialı və regionlarda yerləşən 3 filialında həyata keçiriləcək.
Qeyd edək ki, 2012-ci ildə "Muğanbank" lisenziyası artıq ləğv olunmuş "Royal Bank" ASC-nin də əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiya ödənişlərini həyata keçirib və bu sahədə müvafiq təcrübəyə malikdir.
"Bank of Azerbaijan" ASC |
"Muğanbank" ASC |
Filiallar |
Filiallar |
Mərkəzi filial |
4 saylı şöbə |
Bakı şəhəri, Həsən Əliyev küçəsi, 24 |
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 95 |
1 saylı filial |
Nəsimi filialı |
Bakı ş., Ş.Bədəlbəyli küç., 94 |
Bakı ş., Bül-bül pr., 53, mənzil 4-9 |
3 saylı filial Sahil |
Qərb filialı |
Bakı ş., S.Vurğun küç., 3 |
Bakı ş., Səbail r-nu, Nizami küç., 96 |
4 saylı filial |
4 saylı şöbə |
Bakı ş., Y.V. Çəmənzəminli küç., 14 |
Bakı ş., Nəsimi r-nu, Azadlıq pr., 95 |
7 saylı filial |
Mərkəzi filial |
Bakı ş., Nəsimi r-nu 3005-ci məhəllə, Cavadxan küç., 11 |
Bakı ş., Cavadxan küç., 11 |
20 sayli filial |
4 saylı şöbə |
Bakı ş., Nəsimi r-nu, Azadlıq pr., 125 |
Bakı ş., Nəsimi r-nu, Azadlıq pr., 95 |
23 saylı filial Avtovağzal |
Abşeron filialı |
Bakı ş., Sumqayıt şosesi, 3, Beynəlxalq avtovağzalın 1-ci mərtəbəsi |
Xırdalan ş., M.Hüseynzadə küç., 1 |
22 saylı filial Gəncə |
Gəncə filialı |
Gəncə ş., Ş.İ.Xətai pr. ilə H.Əliyev pr. kəsişməsində, 56 A |
Gəncə ş., Cavadxan küç.,36 |
17 saylı filial Ucar |
Ucar filialı |
Ucar rayonu, Qarabörk kəndi |
Ucar rayonu, Oğuz küçəsi, 44 |
16 sayli filial Zərdab |
Ağcabədi filialı |
Zərdab ş., R.Kərimov küç. |
Ağcabədi ş., Nəsimi küç. (Ağcabədi rayon İcra Hakimiyyətinin yanı) |